...

Azərbaycan boksçusu Samir Məmmədov dünya çempionatında çıxışına qələbə ilə başlayıb

Cəmiyyət Materials 14 Noyabr 2005 18:05 (UTC +04:00)

Azərbaycan boksçusu Samir Məmmədov Çində keçirilən dünya çempionatında çıxışına qələbə ilə başlayıb.

Trend bildirir ki, ilk döyüşdə o, 51 kq-dək çəki dərəcəsində Qırğızıstandan olan Saparbek Telek üzərində qələbə qazanıb. Samir 32:18 yekun hesabı ilə qalib gəlib.

Digər iki Azərbaycan boksçusu Elşən İsmayılov koreyalı Kim Von Quka (25:39), mundialın bürünc mükafatçısı Ruslan Xairov isə türkiyəli Bülent Ulusoya məğlub olub. Türkiyəli boksu Samirə cəmi dörd xal fərqi ilə qalib gəlib.

Eyni zamanda noyabrın 14-də Ceyhun Abıyev (48 kq), Şahin İmranov (57 kq) və Elçin Əlizadə (91 kq) ilk döyüşlərini keçirəcək.

Xəbər lenti

Xəbər lenti