...

Azərbaycanın təhsil naziri türkiyəli tələbələrin problemlərini həll etməyə söz verib

Cəmiyyət Materials 15 Noyabr 2005 13:13 (UTC +04:00)

Azərbaycanın təhsil naziri Misir Mərdanov Azərbaycanın ali təhsil müəssisələrində təhsil alan türkiyəli tələbələrin problemlərini həll etməyə söz verib. Nazirlikdən Trend ə verilən məlumata görə, bu, nazirin Azərbaycan Dövlət Pedaqoji Universitetinin tələbələri ilə görüşü zamanı baş verib.

Görüşdə universitetin rektoru Bəhlul Ağayev, Türkiyənin Azərbaycandakı səfirliyinin təhsil müşaviri Səlahəddin Dikmen və kafedra müdirləri iştirak ediblər. Çıxış edən türkiyəli tələbələr dərslik, yataqxana və laboratoriyalarla təmin etmə sahəsində problemlər haqqında nazirə məlumat veriblər. M.Mərdanov bu prorblemlərin həllinə hazır olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti