...

İnsan hüquqlarına həsr olunmuş konfrans keçiriləcək

Cəmiyyət Materials 15 Noyabr 2005 15:14 (UTC +04:00)

Noyabrın üçüncü ongünlüyündə Bakıda insan hüquqlarına həsr olunmuş elmi-texniki konfrans keçiriləcək. Bu barədə Trend ə "Xəzər" Gələcək Naminə Tərəfdaşlıq Beynəlxalq Hərəkatından məlumat verilib.

Tədbir həmin təşkilat tərəfindən təşkil olunacaq. Tədbirin mövzusu Azərbaycanda insan hüquq və azadlıqları və bu istiqamətdə mövcud olan qanunvericilik aktlarındakı boşluqlarla bağlıdır. Konfransda millət vəkilləri, hüquq-mühafizə orqanlarının, Ombudsman Aparatının, hüquq-müdafiə təşkilatlarının nümayəndələri iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti