...

"Qala" "Challenge Cup" oyunlarında "Ximik"ə qarşı son oyunu keçirəcək

Cəmiyyət Materials 15 Noyabr 2005 15:43 (UTC +04:00)

Ukraynanın "Ximik" klubuna qarşı noyabrın 15-də Bakıda keçiriləcək oyunda "Qala" basketbolçuları "Challenge Cup" oyunlarının 1/4 finalına çıxmaq üçün böyük hesabla qalib gəlməlidir.

Trend bildirir ki, hələlik komanda Rimas Kurtinaytisin yetirmələrini "N" qrupunda üstələyir və pley-off-a düşmək üçün böyük şanslara malikdir. İlk görüşdə Ukraynada rəqibə güzəştə gedən meydan sahibləri iyirmi xal üstünlüyü ilə qalib gəlməlidir. Tapşırığın çətin olmasına baxmayaraq "Qala"nın məşqçisi ümid edir ki, klub inamlı basketbol oyunu nümayiş etdirməli və qalib gəlməlidir. "Qala" klubu doğma divarlar arxasında son Avropa kuboku oyunlarında hələlik qalib gəlməyib.

Xatırladırıq ki, qrup mərhələsinin başa çatmasına bir tur qalmış 1/4 finala Permin "Ural-Qreyt" klubu vəsiqə qazanıb.

Xəbər lenti

Xəbər lenti