...

Boks üzrə dünya çempionatının üçüncü günündə daha üç Azərbaycan idmançısı rinqə çıxacaq

Cəmiyyət Materials 15 Noyabr 2005 15:48 (UTC +04:00)

Çində keçirilən boks üzrə dünya çempionatının üçüncü günündə daha üç Azərbaycan boksçusu rinqə çıxacaq.

Trend in xəbər verdiyi kimi, 51 kq-ya qədər çəki dərəcəsində Samir Məmmədov italiyalı V.Pikardi, 60 kq-ya qədər çəki dərəcəsində Romal Amanov iordaniyalı Al Matbouli, 75 kq-ya qədər çəki dərəcəsində Cavid Tağıyev isə rumıniyalı R.Qavrillə qarşılaşacaq.

Xatırladaq ki, çempionatda çıxış etmiş 7 boksçumuzdan 4-ü artıq yarışların növbəti mərhələsinə çıxıb.

Xəbər lenti

Xəbər lenti