...

Eldar Salayevin vəkili Avropa Məhkəməsinə müraciət etmək üçün müvafiq sənədlər hazırlayıb

Cəmiyyət Materials 15 Noyabr 2005 16:17 (UTC +04:00)

Akademik Eldar Salayevin vəkili Elçin Qəmbərov Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək üçün müvafiq sənədlər hazırlayıb. Bu barədə Trend ə Elçin Qəmbərov məlumat verib.

"Eldar Salayevin səhhəti pisləşib, ən çox isə gözlərindən əziyyət çəkir. Hətta kor olmaq təhlükəsi var. Çalışırıq ki, barəsindəki həbs-qətimkan tədbirinin dəyişdirilməsinə nail olaq və yəqin ki, bu, baş tutacaq. Çünki son günlər ictimaiyyət, Ombudsman, hüquq müdafiəçiləri tərəfindən Eldar Salayev barəsində həbs qətimkan tədbirinin dəyişdirilməsi, yaxud ümumiyyətlə ləğv olunması ilə əlaqədar həm ölkə başçısına, həm də Baş prokurora çoxsaylı müraciətlər olunur" - deyə vəkil qeyd edib.

Elçin Qəmbərov onu da bildirib ki, akademikin azadlığa bupaxılması ilə bağlı yaxın günlərdə tədbir görülməsə Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edəcək. E.Qəmbərov: "Bu müraciət üçün artıq bütün müvafiq sənədlər hazırlanıb"-deyə bildirib.

Xəbər lenti

Xəbər lenti