...

Ombudsman aparatı əməkdaşları Avropa və MDB ombudsmanlarının kollokviumunda iştirak edəcək

Cəmiyyət Materials 15 Noyabr 2005 16:32 (UTC +04:00)

Noyabrın 28-30-da Praqada Avropa və MDB ombdusmanlarının beynəlxalq kollokviumu keçiriləcək. Bu barədə Trend ə Azərbaycanın ombudsman aparatından məlumat verilib.

Tədbirin təşkilatçısı BMT-nin İnkişaf Proqramının Bratislavadakı regional mərkəzidir. Kollokviumda əsas diqqət məhkəmə orqanları və ombudsman təsisatları arasında qarşılıqlı münasibətlərin öyrənilməsinə ayrılacaq və bu sahədə müxtəlif ölkələrin təcrübələri, şikayətlərin araşdırılmasına dair tövsiyyələr layihəsi müzakirə olunacaq.

Tədbirdə Azərbaycanı ölkənin ombudsman aparatının əməkdaşları təmsil edəcəklər.

Xəbər lenti

Xəbər lenti