...

Fatih Terim: Türkiyə yığması İsveçrə ilə cavab oyununda riskə gedəcək

Cəmiyyət Materials 15 Noyabr 2005 20:57 (UTC +04:00)

2006-cı ildə Almaniyada keçiriləcək futbol üzrə dünya çempionatında iştirak hüququ uğrunda son seçmə oyunundaTürkiyənin milli komandası İstambulda İsveçrə milli komandasını qəbul edəcək. Trend in Türkiyədə olan xüsusi müxbiri bildirir ki, bu gün keçirilən mətbuat konfransında milli komandanın baş məşqçisi Fatih Terim revanş oyununda onların riskə gedəcəyini deyib.

O, bildirib ki, komandanın tərkibində dəyişiklik edəcək. Həmçinin o, noyabrın 16-da revanş oyununda oynamaq üçün İngiltərənin "Newcastle" komandasının yarımmüdafiəçisi Emre Belozoğlunu və Almaniyanın "Shalke 04" komandasının oyunçusu Hamit Altıntopu dəvət edəcək.

Tamaşaçılara müraciət edən Fatih Terim onları Türkiyənin milli komandasını dəstəkləməyə çağırıb. Baş məşqçi deyib ki, rəqib qol vursa, onda Türkiyə milli komandasına çətin olacaq. Buna görə də onlar bütün 90 dəqiqə təzyiq göstərməyə çalışacaq. Noyabrın 12-də Berndə oyun zamanı İsveçrənin yığma komandası 2-0 hesabı ilə qalib gəlib.

Xəbər lenti

Xəbər lenti