...

"Qlobal İnkişaf Yarmarkası - 2006" müsabiqəsində iştirak üçün ərizələrin qəbulu başa çatır

Cəmiyyət Materials 16 Noyabr 2005 14:54 (UTC +04:00)

2005-ci il noyabrın 30-da Dünya Bankının "Qlobal İnkişaf Yarmarkası - 2006" müsabiqəsində iştirak üçün ərizələrin qəbulu başa çatır. BMT İnkişaf Proqramının (UNDP) nümayəndələiyindən Trend ə verilən məlumata görə, yoxsul ölkələrin əhalisinin içməli suya, kanalizasiyaya və elektrik eenerjisinə olan tələbatını təmin etmək məqsədilə Dünya Bankı tərəfindən 4 milyon dollar ayrılıb. Yarmarka çərçivəsində bir qrantın maksimal həcmi 200 min ABŞ dolları təşkil edir.

Yarmarkada iştirak 4 istiqamətdən biri üzrə mümkündür: xidmətlərin təqdim olunması, ətraf mühit, səhiyyə və təbii ehtiyatlar. Finalçı təşkilatın adı 2006-cı il fevralın 15-də açıqlanacaq.

Qeyd edək ki, 2005-ci ildə Azərbaycanı təmsil edən 2 şirkət78 finalçı təşkilatın sırasına daxil olub və Dünya Bankının Vaşinqtondakı mərkəzi ofisində keçirilən müsabiqənin ikigünlük yekun mərhələsində iştirak edib. Onlardan biri "Bəhərlərinin daşınması məqsədilə ağacların kəsilməsinin dayandırılması" layihəsinin reallaşdırılması üçün 120 min dollar həcmində qrant alıb. Bu layihə meyvə və giləmeyvələrin nəql edilməsi üçün ağac yeşiklərin polimerlərlə əvəz olunmasına yönəlib.

Xəbər lenti

Xəbər lenti