...

Canmirzə Mirzəyevin məhkumluğu üzərində saxlanılıb

Cəmiyyət Materials 16 Noyabr 2005 16:48 (UTC +04:00)

Noyabrın 16-da Xətai rayon Məhkəməsində hakim İskəndər Qasımovun sədrliyi ilə Canmirzə Mirzəyevin məhkumluğunun üzərindən götürülməsi ilə bağlı ərizəsinə baxılıb. Bu barədə Trend ə Canmirzə Mirzəyev məlumat verib.

Məhkəmə işin hallarını araşdırarkən belə qərara alıb ki, Canmirzə Mirzəyevin ərizəsi təmin edilməsin. Səbəb isə C.Mirzəyevin cəza çəkdiyi 9 saylı Cəzaçəkmə Müəssisəsindən alınmış rəy olub. Belə ki, həmin rəyə görə, C.Mirzəyev cəza çəkdiyi müddət ərzində nizam-intizam qaydalarını iki dəfə kobud şəkildə pozub. Hakim cəzaçəkmə müəssisəsinin rəhbərliyi tərəfindən məhkəməyə təqdim olunmuş mənfi rəyi əsas gətirərək C.Mirzəyevin məhkumluğunun çəkilməmiş hissəsnin ləğv olunmasını məqsədəuyğun hesab etməyib. Beləliklə də, məhkəmə C.Mirzəyevin məhkumluğunun çəkilməmiş hissəsinin üzərində saxlanmasına dair qərar çıxarıb.

C.Mirzəyev isə məhkəmənin qərarı ilə razılşmayıb və qeyd edib ki, noyabrın 18-də qərardan apellyasiya şikayəti verəcək.

Qeyd edək ki, II ranq kapitan, Ali Hərbi Dənizçilik Məktəbinin keçmiş rəisi Canmirzə Mirzəyev admiral Eduard Hüseynovun qətlinin sifarişçisi kimi 2000-ci ildə həbs edilərək 8 il müddətinə azadlıqdan məhrum edilib. 10 may 2004-cü il tarixdə isə ölkə başçısı tərəfindən əfv olunub. Hazırda cəzasının 4 il çəkilməmiş hissəsi qalıb.

Xəbər lenti

Xəbər lenti