...

Azərbaycan-Yaponiya Dostluq Cəmiyyətinin nümayəndələri Osaka şəhərində keçirilən "Xalqların tanıtımı" fesivalında iştirak edibdir

Cəmiyyət Materials 16 Noyabr 2005 17:03 (UTC +04:00)

Azərbaycan-Yaponiya Dostluq Cəmiyyətinin nümayəndələri bu günlərdə Yaponiyanın Osaka şəhərində keçirilən "Xalqların tanıtımı" fesivalında iştirak edib. Bu barədə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən Trend xəbər agentliyinə verilən məlumata görə, cəmiyyət üzvləri festivalda Azərbaycan xalqının tarixini, mədəniyyətini, problem və qayğılarını özündə əks etdirən "Azərbaycan Stendi" nümayiş etdiriblib. Məlumatda bildirilir ki, festival zamanı Azərbaycan haqqında film tamaşaçılara təqdim edilib və milli musiqi nümunələrindən parçalar səsləndirilib. Cəmiyyət üzvlərinin təşəbbüsü ilə festival iştirakçılarına Azərbaycan dövlət rəmzləri olan Milli bayraq, gerb və Azərbaycanın xəritəsini əks etdirən pamfletlər paylanılıb.

Festifalda cəmiyyət üzvləri Azərbayjanın tarixi, coğrafiyası, Dağlıq Qarabağ münaqişəsinin tarixi kökləri və nəticələri, məruz qaldığı terror və soyqırım aktları ilə bağlı izahlı məlumatlar veriblər.

Xəbər lenti

Xəbər lenti