...

Xəzər regionunun təbii ehtiyatlarının iqtisadi qiymətləndirilməsi Aşğabadda müzakirə olunur

Cəmiyyət Materials 16 Noyabr 2005 17:25 (UTC +04:00)

Noyabrın 16-da Aşğabadda "Xəzər regionunun təbii ehtiyatlarının iqtisadi qiymətləndirilməsi" adlı 5 günlük beynəlxalq seminar-treninq öz işinə başlayıb. Bu barədə Trend ə Ekologiya Nazirliyi yanında Kompleks ekoloji monitorinq İdarəsinin rəisi Lətif Hüseynov məlumat verib.

Onun sözlərinə görə, tədbirdə Azərbaycanın, İranın, Qazaxıstanın və Rusiyanın ətraf mühitin mühafizəsi üzrə dövlət strukturları sahələrinin nümayəndələri iştirak edir. Ölkəmizi bu tədbirdə Kompleks ekoloji monitorinq İdarəsinin monitorinq şöbəsinin rəisi Mikayıl Cabbarov təmsil edəcək.

Seminarın diqqət mərkəzində Xəzər dənizinin təbii ehtiyatlarının idarə olunmasına və iqtisadi qiymətləndirilməsinə həsr olunan aktual məsələlər, sahilyanı zonalarda çirklənmənin mənbələri və tipləri, bioloji müxtəlifliyin qorunması, ekoloji risqlər də daxil olmaqla insanın həyat fəaliyyətinin ətraf mühitə təsiri və digər məsələlər durur. Dünyanın aparıcı ekspertlərinin köməyi ilə treninq iştirakçıları iqtisadi analizin müasir metodlarını, təbii ehtiyatlarının qiymətləndirilməsini öyrənir və yeni müvafiq praktik vərdişlər əldə edir, digər ölkələrin qabaqcıl təcrübəsi ilə tanış olur və baxılan məsələlərlə bağlı fikir mübadiləsi aparacaqlar. Forumun işinin tamamlandığı gün işçi qrupun hazırladığı təqdimat keçiriləcək.

Xəbər lenti

Xəbər lenti