...

İki azərbaycanlı boksçu 1/4 finala çıxıb

Cəmiyyət Materials 16 Noyabr 2005 20:38 (UTC +04:00)

Çində boks üzrə keçirilən dünya çempionatında 1/4 finala çıxış uğrunda mübarizə gedib. Trend bildirir ki, 64 kq. çəki dərəcəsinədək Emil Məhərrəmov B.Kataliniçə (Xorvatiya) 27:9 hesabı və 75 kq.-dək çəki dərəcəsində Cavid Tağıyev qatarlı X.Nabaaya 37:15 hesabı ilə qalib gələrək 1/4 finala çıxıb. Onlar medala doğru daha bir addım atıb.

Ceyhun Abıyev (48 kq) və Anar Mirzəyev (81kq) müvafiq olaraq qazaxıstanlı B.Jaxurov və avstraliyalı B.MakErçana məğlub olub.

Xəbər lenti

Xəbər lenti