...

Milli Dirçəliş Günü Özbəkistanda da qeyd edilib

Cəmiyyət Materials 18 Noyabr 2005 17:39 (UTC +04:00)

Özbəkistanda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyası və Azərbaycanın bu ölkədəki səfirliyi birlikdə Milli Dirçəliş Gününə həsr edilmiş təntənəli bayram tədbiri keçiriblər. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib.

Tədbir Daşkənd şəhərində yerləşən Heydər Əliyev adına Azərbaycan Evində keçirilib. Bayram tədbirində Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əməkdaşları Füzuli Nəcəfəov və Mənsur Mənsimov da iştirak ediblər. Tədbirin açılış mərasimindən əvvəl iştirakçılar ümummilli lider Heydər Əliyevin Daşkənd şəhərində qoyulmuş büstünü ziyarət edib, abidənin qaşısına əklillər və gül dəstələri düzüblər. Azərbaycanın Özbəkistandakı səfiri Namiq Abbasov tədbirdə giriş nitqi ilə çıxış edərək Milli Dirçəliş Gününün tarixi barədə iştirakçılara ətraflı məlumat verib. Səfir bu əlamətdar bayram, habelə Azərbaycan Konstitusiyasının qəbul edilməsinin 10-cu ildönümünün tamam olması münasibətiə tədbirdə iştirak edən soydaşlarımızı təbrik edib.

Digər çıxışçılar Azərbaycanın yaxn siyasi tarixinin bir çox mühüm hadisələri ilə bağlı iştirakçılara məlumat verib, ümummilli lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsi sahəsindəki xidmətlərindən danışıblar.

Xəbər lenti

Xəbər lenti