...

Daşkənddə "Azərbaycan Mədəniyyəti Günü" keçirilib

Cəmiyyət Materials 18 Noyabr 2005 17:43 (UTC +04:00)

Özbəkistanda fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasının Gənclər Mərkəzi və Azərbaycanın bu ölkədəki səfirliyinin birgə təşəbbüsü ilə Daşkənd şəhərində Azərbaycan Günü keçirilib. Bu barədə Trend ə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsindən məlumat verilib. Bu tədbir Özbəkistanda Azərbaycan Mədəniyyəti Günləri çərçivəsində təşkil olunub.

Tədbir Daşkənd Dövlət Şərqşünaslıq İnstitutunun Akt zalında keçirilib. Tədbirin keçirildiyi zalın foyesində Azərbaycana aid fotoşəkillər, portret və ekpozisiya əsərlərindən ibarət stendlər nmayiş olunub. Tədbirdə Xarici Ölkələrdə Yaşayan Azərbaycanlılarla İş üzrə Dövlət Komitəsinin əməkdaşaları Füzuli Nəcəfəov və Mənsur Mənsimov da iştirak ediblər.

Azərbaycanın Özbəkistandakı fövqəladə və səlahiyyətli səfiri Namiq Abbasov tədbirdə çıxış edərək müstəqilliyin əldə olunmasından sonra Azərbaycanda baş vermiş ictimai-siyasi proseslər, ümummilli lider Heydər Əliyev tərəfindən həyata keçirilmiş islahatlar barədə iştirakçılara ətraflı məlumat verib. Səfir qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyev Heydər Əliyev siyasi kursunun layiqli davamçısı kimi ölkəni daha da sürətlə inkişaf etdirməyə çalışır və onun rəhbərliyi altında həyata keçirilmiş sosial-iqtisadi inkişaf proqramları öz uğurlu nəticələrini verir.

Özbəkistanın xalq artisti, Əli Nəvai adına Akademik Teatrın baş rejissoru, professor Firudin Səfərov isə öz çıxışında Azərbaycan və Özbəkistan mədəniyyətinin oxşar cəhətlərindən bəhs edib, xalqlarımız arasında dərin köklərə malik qardaşlıq münasibətlərinin mövcud olduğundan danışıb. Sonra tədbirin bədii hissəsi keçirilib, Özbəkistandakı Azərbaycan Mədəniyyət Mərkəzləri Assosiasiyasının "Azərbaycan qızları" rəqs ansamblı, Özbəkistanın məşhur caz ustası İlham Abdullayev, "Qardaşlıq" ansamblının üzvləri və digər musiqiçilər çıxış ediblər.

Xəbər lenti

Xəbər lenti