...

Üç vəkilin fəaliyyətinə xitam verilib-verilməməsi noyabrın 21-də müəyyən ediləcək

Cəmiyyət Materials 18 Noyabr 2005 17:46 (UTC +04:00)

Noyabrın 18-də Nəsimi rayon Məhkəməsində hakim Famil Nəsibovun sədrliyi ilə Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (VK) üç vəkilin fəaliyyətinə xitam verilməsina dair iddiası ilə bağlı məhkəmə iclası davam etdirilib. Trend məlumat verir ki, VK-nın fəaliyyətlərinə xitam verilməsi ilə bağlı iddia qaldırdığı vəkillər 12 saylı hüquq məsləhətxanasının vəkilləri Namizəd Səfərov, Lətifə Əliyeva və Hidayət Süleymanovdur.

Vəkil Namizəd Səfərovun verdiyi məlumata görə, Vəkillər Kollegiyasının onlarla bağlı məhkəməyə müraciət etməsinin səbəbi iyulun 11-də 12 saylı hüquq məsləhətxanasında keçirdikləri iclas olub. N.Səfərov: "İşlədiyimiz həmin hüquq məsləhətxanasının sədri Rəşid Bağiyev vəfat edəndən sonra məsləhətxanın 20 nəfərdən ibarət üzvü yığışaraq vəkil Lətifə Əliyevanı müvəqqəti sədr seçib. Bu da Vəkillər Kollegiyasının sədri Azər Tağıyevin qəzəbinə səbəb olub. Həmin iclasdan 10 gün sonra Vəkillər Kollegiyasının rəhbəri mənim, Lətifə Əliyevanın və Hidayət Süleymanovun vəkillik fəaliyyətinə xitam verilməsi barədə qərar qəbul edib. Sonradansa həmin qərarı məhkəmə yolu ilə təsdiqlətmək üçün Nəsimi rayon Məhkəməsində iddia qaldırdı".

N.Səfərovun sözlərinə görə, artıq məhkəmə iclası yekunlaşmaq üzrədir. "Bu günkü iclasda tərəflər son çıxışlarını etdilər. Vəkillər Kollegiyasının nümaynədəsi qaldırdığı iddianın təmin edilməsini, bizsə iddianın rədd edilməsini məhkəmədən xahiş etdik. Hakim qərarı noyabrın 21-də elan edəcək", - deyə vəkil söyləyib.

Xəbər lenti

Xəbər lenti