...

Azərbaycan KİV-də seçkilər prosesinin işıqlandırılması üzrə yekun hesabat açıqlanıb

Cəmiyyət Materials 18 Noyabr 2005 20:32 (UTC +04:00)

Azərbaycan KİV-də seçkilər prosesinin respublika KİV-nin davranış Məcəlləsinin müddəalarına əsasən işıqlandırılması üzrə Monitorinq rupunun yekun hesabatı açıqlanıb. Trend bildirir ki, AŞ baş katibinin Azərbaycandakı xüsusi nümayəndəsinin Ofisinin layihəsi çərçivəsində sentyabrın 19-dan noyabrın 11-dək keçirilən monitorinqin yekunlarına əsasən, aşağıdakı tendensiyalar aşkar edilib:

Bu və ya digər dərəcədə Məcəlləni pozmuş elektron KİV narahatlıq yaradır. Belə bir təəssürat doğur ki, müasir tele işıqlandırma təcrübəsindən demək olar ki, istifadə olunmur. Xüsusilə bu, efirində "diskussiya və müzakirələrin tamamilə olmadığı" dövlət tərəfindən maliyyələşdirilən telekanallara aiddir.

"AzTI" və İctimai Televiziyada və iqtidaryönlü qəzetlərdə: "Bakinskiy Raboçiy", "Respublika", "Xalq" və "Azerbaydjan" Məcəllənin pozulması müşahidə edilib. Ümumi tendensiya "plyuralizm qıtlığı" ilə nəticələnib.

Özəl telekanallara gəlincə qeyd olunub ki, Məcəllə qərəzlik amilinin azalmasına imkan verib.

Mətbuat nəşri sahəsindəki vəziyyətə toxunaraq monitorinq aşkar edib ki, Məcəllənin daha çox pozulması faizinə "Reytinq" yol verib.Həmin qəzetdəki 322 materialda 243 pozuntu aşkar edilib ki, bu da 75.43 faiz təşkil edir.Müxalifətin - "Yeni Müsavat" qəzeti 71.97 faiz "Olaylar" 62,50 fizlə ikinci və üçüncü yerləri tutur.

Monitorinq qrupunun rəhbəri Zeynal Məmmədlinin sözlərinə görə, monitorinqin keçirilməsində əsas məqsəd seçki kampaniyasının işıqlandırılmasında obyektivlik, qərəzsizlik kimi meyarlar üzrə KİV orqanlarının adlarının aşkar və elan edilməsidir.

"Azərbaycanın KİV orqanlarında Daxili davranış məcəlləsinin işlənib-hazırlanması zəruridir" - deyə Z. Məmmədli qeyd edib. O, təəssüflə bildirib ki, bugünkü gün Azərbaycanın sıravi vətəndaşları "diqqətdən kənarda qalıb".

"Sıravi sakinin unudulduğu bir vaxtda jurnalisti yalnız rəsmi şəxslər yaxud ictimai xadimlər maraqlandırır"-deyə monitorinq qrupunun rəhbəri bildirib. O, yekun olaraq bəyan edib ki, Azərbaycan jurnalistikası liberal-demokratik dəyərləri sonadək götürməyib.

Xəbər lenti

Xəbər lenti