...

Üç azərbaycanlı boksçu dünya çempionatında medalı təmin edib

Cəmiyyət Materials 19 Noyabr 2005 10:44 (UTC +04:00)

Çində boks üzrə keçirilən dünya çempionatında yarışın yarım finalçıları müəyyən edilib. Minimum bürünc medalı təmin edənlər arasında üç azərbaycanlı boksçu da vardır: 60 kq-dək çəki dərəcəsində polşalı K.Szota 30:17 hesabı ilə qalib gəlmiş Ramal Amanov, 64 kq-dək çəki dərəcəsində braziliyalı M. de Karvalya 29:18 hesabı ilə qalib gəlmiş Emil Məhərrəmov və 91 kq-dək çəki dərəcəsində qırğız R.Mirsəttayevə qalib gəlmiş Elçin Əlizadə.

Cavid Tağıyev misirli M.Hikala 22:29 hesabı ilə məğlub olub.Xatırladırıq ki, yarım finalda ən çox idmançı, gözlənildiyi kimi, Kuba komandasındadır - 7 idmançı, rusiyalılar və qazaxlar beş boksçu, özbəklər və azərbaycanlılar isə üç boksçu ilə təmsil olunacaq. Qeyd edək ki, yalnız erməni boksçu turnirin finalına çıxış hüququ uğrunda mübarizə aparacaq.

Bu gün - noyabrın 19-da yarımfinal görüşləri keçiriləcək.

Xəbər lenti

Xəbər lenti