...

20-dən çox lisenziyalı hüquqşünas Vəkillər Kollegiyasına üzv qəbul edilib

Cəmiyyət Materials 21 Noyabr 2005 11:23 (UTC +04:00)

Noyabrın 19-da Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (VK) təsis yığıncağı keçirilib və toplantıda lisenziyalı hüquqşünasların Kollegiyaya üzvlüyü ilə bağlı məsələyə baxılıb. Trend in məlumatına görə, yığıncaqda 20-dən çox lisenziyalı hüquqşünasın bu quruma üzvlüyü təsdiq edilib. Kollegiyaya qəbul edilənlər arasında İsaxan Aşurov, Muxtar Mustafayev, Rüstəm Mehdiyev və bir sıra digər tanınmış hüquqşünaslar var. Vəkillər Kollegiyasının Rəyasət Heyəti digər bir lisenziyalı hüquqşünas-Azərbaycan Hüquqşünaslar Forumunun həmsədri İntiqam Əliyevin VK-ya üzvlüyə qəbulundan imtina edib.

İntiqam Əliyev isə VK-nın Rəyasət Heyətinin bu qərarı ilə razılaşmayaraq onun qanunsuz olduğunu bildirib. O, bu qərardan məhkəməyə şikayət verəcəyini deyib.

Xəbər lenti

Xəbər lenti