...

AFFA xaricdən məşqçinin dəvət olunmasının mümkünlüyünü istisna etmir

Cəmiyyət Materials 21 Noyabr 2005 14:37 (UTC +04:00)

"Hər şey ola bilər". Trend in "Azərbaycanın futbol yığmasına baş məşqçi vəzifəsinə xarici mütəxəssisin dəvət olunması mümkündürmü?" sualına AFFA-nın baş katibi Fuad Əsədov belə cavab verib.

Onun sözlərinə görə, hazırda AFFA milli komandaya məşqçi axtarışı ilə məşğuldur. "Bu məsələdə tələsmək lazım deyil, qəti qərara gəlmək üçün bütün mənfi və müsbət tərəfləri gözdən keçirmək lazımdır. Buna isə vaxt tələb olunur", - deyə o qeyd edib. Məşqçinin adı yeni ildə - Avropa-2008 çempionatının seçmə turnirinin püşkatma mərasimitndə məlum olacaq.

F.Əsədov, həmçinin, AFFA-nın yığmağa rəhbərliyi davam etdirməsi ilə bağlı V.Sadıqova etdiyi təklifin qəbul olunmamasından təəssüfləndiyini bildirib.

Xəbər lenti

Xəbər lenti