...

Əzizbəyov rayonunun keçmiş hərbi komissarının cinayət işi məhkəmə icraatına götürülüb

Cəmiyyət Materials 21 Noyabr 2005 18:01 (UTC +04:00)

Bakı şəhəri, Əzizbəyov rayonunun keçmiş hərbi komissarı Zahid Şahbazov cinayət işi Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Məhkəməsi tərəfindən icraata götürülüb. Bu barədə Trend ə məhkəmə iglasına sədrlik edəcək hakim Ağamalı Qafarov məlumat verib.

Sabiq hərbi komissar Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 341 (hakimiyyət həddini aşma), 311 (rüşvət alma), 178 (dələduzluq), 221 (xuliqanlıq) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə təqsirləndirilir.

Zahid Şahbazovla birlikdə onun rəhbərlik etdiyi hərbi komissarlığın 4-cü şöbəsinin sabiq rəisi Azər Zeynalov da mühakimə olunacaq.

Hakim onu da bildirib ki, məhkəmə prosesinə hazırlıq iclası noyabrın 28-nə təyin edilib.

Xəbər lenti

Xəbər lenti