...

Azərbaycan cüdoçuları Ankarada 10 medal qazanıb

Cəmiyyət Materials 22 Noyabr 2005 18:15 (UTC +04:00)

Azərbaycanın cüdo üzrə komandası Ankarada başa çatmış beynəlxalq turnirdə 3 qızıl, 3 gümüş və 4 bürünc mükafat qazanıb.

Milli Federasiyadan Trend ə verilən məlumata görə, kollektivdə Rəşid Məmmədov (50 kq), Orxan Hacıağalı (55 kq) və Bəhman Bəhmanzadə (66) ən yaxşı nəticə göstərərək fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Anar Mürşüdov (38 kq), Samir Ramazanov (42 kq) və Fərid Kərimli (60 kq) finala çıxan cüdoçulardır. 60 kq çəki dərəcəsində Əmrah İbrahimov və Elvin Hümbətov, o cümlədən 73 kq çəki dərəcəsində Məhəmməd Xuduzadə və Samir Tağıyev mükafatçılardan ibarət üçlükdə sonuncudur.

Komanda ümumi hesabda birinci yerdədir. Qazaxıstan və Gürcüstan isə ikinci və üçüncü yerləri bölüşdürür.

Xəbər lenti

Xəbər lenti