...

Qadınlardan ibarət həndbol yığması Avropa –2006 çempionatının seçmə turuna qələbə ilə başlayıb

Cəmiyyət Materials 23 Noyabr 2005 13:07 (UTC +04:00)

Azərbaycanın həndbol üzrə qadınlardan ibarət yığması Avropa-2006 çempionatının Portuqaliyada start götürmüş seçmə turunun ilk oyununda Yunanıstan komandasını 28:27 hesabı ilə məblub edib.

Milli Federasiyada Trend ə bildirilib ki, debüt təsnifat oyunu Valeri Pevnitskinin yetirmələri üçün asan olmayıb. Azərbaycan həndbolçuları görüşün birinci yarısında dəqiq zərbələrin sayına görə öz rəqiblərini on üç dəfə məyus edib. İkinci dövrədə yunanlar irəli çıxmağa cəhd etsələr də bir top fərqi ilə geri qaldılar.

İndi yığmanı qarşıda Finlandiya ilə görüş gözləyir.Bundan sonra komanda istirahət günü alacaq, Sonra komanda seçmə dövrəsini davam etdirəcək.

Xəbər lenti

Xəbər lenti