...

Azərbaycan taekvondoçuları MDB-nin Açıq çempionatında iştirak edəcəklər

Cəmiyyət Materials 23 Noyabr 2005 14:46 (UTC +04:00)

Azərbaycanın taekvando üzrə komandası noyağrın 25-də Moskvada keçiriləcək MDB, Baltik və Şərqi Avropa ölkələrinin Açıq çempionatında iştirak edəcək.

Yığmanın baş məşqçisi Ələkbər İmaməliyevin Trend ə verdiyi məlumata görə, komandanın tərkibinə Avropa çempionatının gümüş mükafatçısı Elnur Amanov (58 kq), Fuad Nuriyev (68 kq), Olimpiya iştikçısı Rəşad Əhmədov (80 kq) və Ruslan İbrahimov (+80 kq) daxildir. Baş məşqçi qitə birinciliyininin ikiqat qalibi Niyəmddin Paşayevin istirahət etməsinə imkan vermək üçün onu Rusiya paytaxtına göndərməyəcək. "İdmançı üçün bu mövsüm o qədər də asan olmayıb. Həm də o, bu yaxınlarda aldığı zədədən sağalıb və ona görə də biz Niyaməddini qnorumağı qərara almışıq", - deyə Ə.İmaməliyev bildirib.

Xatırladaq ki, iki il əvvəl Bakıda keçirilmiş MDB-nin ilk Açıq çempionatında məhz meydan sahibləri ümumkomanda hesabında qalib gəlmişdilər.

Xəbər lenti

Xəbər lenti