Azərbaycanın bodibildinq üzrə yığmasının noyabrın 26-da Şanxayda başlayacaq dünya çempionatında tərkibi müəyyən olunub.
Milli Federasiyanın rəhbəri Rauf Bünyatəliyevin Trend bildirdiyi kimi, yarışda respublikanın şərəfini Milli Kubokun sahibi Rüstəm Ağayev və gümüş mükafatçı Məhəmməd Paşayi qoruyacaq. O bildirib ki, yarışların başlanmasına qədər qalmış vaxt ərzində M.Paşayinin çıxışlarında bəzi nöqsanları aradan qaldıracaq, həmçinin, R.Ağayevin əzələ kütləsinin yaxşılaşması üzərində çalışacaq.
Xatırladaq ki, 2003-cü ildə Hindistanda keçirilmiş mundialda Rüstəm yarışın 5 finalçısı sırasına daxil olmuşdu.