...

Ramil Səfərov noyabrın 25-də təkrar ekspertizadan keçiriləcək

Cəmiyyət Materials 23 Noyabr 2005 16:34 (UTC +04:00)

Noyabrın 25-də Budapeşt həbsxanaında saxlanılan Ramil Səfərov təkrar ekspertizadan keçirilcək. Bu barədə Trend ə onun vəkili Adil İsmayılov məlumat verib.

Ekspertizanın nəticəsi Budapeşt məhkəməsinə təqdim olunacaq və dekabrın 15-də məhkəmə iclası öz işini davam etdirəcək.

Vəkil onu da bildirib ki, məhkəmə iclasında iştirak etmək üçün dekabrın 10-da Budapeştə yola düşməyi planlaşdırıb.

Adil İsmayılov: "Erməni zabiti Qurgen Markaryanı öldürməkdə təqsirləndirilən Ramil Səfərovun məhkəməsi sentyabr ayının üçüncü yarısında davam etdirilməli idi. Lakin elə məhkəmənin ilk günündə tərəflərin təqdim etdiyi ekspertiza nəticələri arasında ziddiyyət yarandığından hakim təkrar ekspertiza keçirilməsi barədə qərar çıxarmışdı və prosesi dekabrın 15-nə qədər təxirə salmışdı".

Vəkil onu da bildirib ki, dekabrın 15-də məhkəmə iclası baş tutarsa, azərbaycanlı şahid Anar Əliyevin də ifadə verəcəyi gözlənilir. "Ötən dəfə Anar Əliyev xəstəliyi ilə əlaqədar Budapeştə gedə bilməmişdi. Ancaq ümidvaram ki, bu dəfə o, məhkəmə iclasında iştirak edəcək" - deyə vəkil söyləyib.

Xəbər lenti

Xəbər lenti