...

Sabah İKT üzvÜ ölkələrinin 1-ci turizm sərgisi başlayır

Cəmiyyət Materials 23 Noyabr 2005 18:44 (UTC +04:00)

Sabah İstanbulda İslam Konfransı Təşkilatına (İKT) üzv ölkələrin 1-ci turizm sərgisi öz işinə başlayacaqdır. Bu barədə Gənclər, İdman və Turizm Nazirliyindən (GİTN) Trend xəbər agentliyinə məlumat verilib. Verilən məlumata görə, 3 gün davam edəcək sərgidə təşkilata üzv olan 50-yə yaxın ölkənin turizm nazirlikləri və şirkətləri iştirak edəcəkdir. Tədbirdə iştirakçı ölkələr öz turizm potensiallarını nümayiş etdirəcək. Sərginin təşkil olunmasında əsas məqsəd isə ölkələr arasında turizm sahəsində qarşılıqlı əlaqələrin gücləndirilməsidir. Sərgidə Azərbaycanı GİTN və 3 turizm şirkəti təmsil edəcəkdir.

Qeyd edək ki, 2006-cı ilin sentyabrında isə Bakıda İslam Konfransı Təşkilatına üzv ölkələrin Turizm nazirlərinin 5-ci konfransı keçiriləcəkdir.

Xəbər lenti

Xəbər lenti