...

Avropa Məhkəməsinə göndərilən şikayətlə bağlı Azərbaycan hökumətinə sorğu daxil olub

Cəmiyyət Materials 24 Noyabr 2005 14:42 (UTC +04:00)

"Muxalifət" qəzetinin baş redaktoru Rövşən Mahmudovun Azərbaycana qarşı Avropa İnsan Hüquqları Məhkəməsinə göndərdiyi şikayətlə bağlı həmin qurumdan dövlətə suallar daxil olub. Bu barədə Trend ə jurnalistlərin hüquqlarının Avropa Məhkəməsi qarşısında müdafiəsini həyata keçirən hüquqşünas İntiqam Əliyev məlumat verib.

Şikayətçilər Azərbaycan dövlətini onların Avropa Konvensiyasının 6-cı (ədalətli məhkəmə araşdırması hüququ) və 10-cu (fikri ifadə etmək azadlığı) maddələri ilə nəzərdə tutulmuş hüquqlarını pozmaqda ittiham edirlər. İntiqam Əliyevin sözlərinə görə, Avropa Məhkəməsindən Azərbaycan dövlətinə daxil olan sorğuya cavab vermək üçün hökumətə 2006-cı ilin yanvar ayının sonuna qədər vaxt verilib.

Hüquqşünas məlumat verib ki, Azərbaycan parlamentinin deputatı Cəlal Əliyev "Muxalifət" qəzetinin baş redaktoru Rövşən Mahmudova və əməkdaşı Yaşar Ağazadəyə qarşı xüsusi ittiham qaydasında Yasamal rayon məhkəməsində iş qaldırmışdı. Həmin məhkəmə 2003-cü il 20 mayda R.Mahmudovu və Y.Ağazadəni Cinayət Məcəlləsinin 147.1-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə cinayət törətməkdə təqsirli bilərək 5 ay müddətinə azadlıqdan məhrum etmiş, lakin sonra onları cəzadan azad etmişdi.

Xəbər lenti

Xəbər lenti