...

Yaşar Məmmədov: "Olimpiya oyunlarında medalların sayını çoxaltmaq üçün biz qurban verməyə hazırıq "

Cəmiyyət Materials 24 Noyabr 2005 15:58 (UTC +04:00)

"Biz Olimpiya Oyunlarında qılıncoynatma üzrə proqramda medalların sayının ondan on ikiyədək artırılmasına cəhd etməklə müəyən qurbanlar verməyə hazırıq". Bu barədə Trend ə Milli Federasiyanın vitse-prezidenti Yaşar Məmmədov Beynəlxalq Olipiya Komitəsinə (BOK) verilmiş müvafiq ərizəni şərh edərkən bəyan edib.

Y.Məmmədov vurğulayıb ki, əgər Afinada qılıncoynatma proqramı doqquz güyn davam etdisə, Pekində qılıncoynadanlar yalnız bir həftə müddətində yarışa bilər. Həmin təklif artıq BOK-un məktubunda yer alıb, belə ki, indi Federasiya səbirsizliklə cavab gözləyir.

Qeyd etmək lazımdır ki, əgər Pekində bu növdə mükafatların sayı dəyişməz qalsa, onda Olimpiya Oyunlarında rapira, sablya və şpaqa növlərindən biri təqdim olunmayacaq.

Xəbər lenti

Xəbər lenti