...

Hərbi hissə və tağım komandirlərinin məhkəməsi başlanıb

Cəmiyyət Materials 24 Noyabr 2005 16:03 (UTC +04:00)

Noyabrın 24-də Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Hərbi Məhkəməsində Tovuzdakı N saylı hərbi hissənin sabiq komandiri polkovnik leytenant Rəhim Məmmədşərifovla həmin hissənin 3-cü motoatıcılıq taborunun kəşfiyyat tağımının sabiq komandiri baş leytenant Rüfət Bədirxanovun məhkəməsinə hazırlıq iclası keçirilib. Trend məlumat verir ki, məhkəmə iclasına hakim Mehdi Əsədov sədrlik edir.

İttiham aktında qeyd olunur ki, hərbi hissə və tağım komandirləri sıravi əsgər Zaur Veyisovun erməni kəşfiyyatçılarına satqınçılıq etdiyini bilə-bilə sonuncudan ermənilərin verdikləri 1000 ABŞ dolları məbləğində rüşvəti qəbul edərək onun əməllərini ört-basdır ediblər.

Lakin təqsirləndirilən şəxslər hazırlıq iclasında özlərini ittiham üzrə təqsirli bilmədiklərini bildiriblər. Onların vəkilləri məhkəmə qarşısında vəsatət qaldıraraq cinayət işi üzrə ibtidai istintaqın qərəzli və səthi aparıldığını söyləyiblər. Bu səbəbdən də cinayət işinin ibtidai istintaqa qaytıralıraq təkrar araşdırılmasını tələb ediblər.

Lakin qısa müşavirədən sonra hakim vəsatəti təmin etməyib və məhkəmə iclasının davam etdirilməsi barədə qərarı elan edib. Məhkəmə iclası noyabrın 29-na təyin edilib.

Qeyd edək ki, iş üzrə adı hallanan Zaur Veyisov bu yaxınlarda həmin məhkəmə tərəfindən mühakimə olunaraq 14 il müddətinə azadlıqdan məhrum edilib.

Xəbər lenti

Xəbər lenti