...

Apellyasiya Məhkəməsi Bakı metropoliteninin sabiq işçiləri ilə bağlı qaldırılmış mülki iddiaya dair qərar çıxaracaq

Cəmiyyət Materials 25 Noyabr 2005 13:52 (UTC +04:00)

Noyabrın 30-da Azərbaycan Respublikası Apellyasiya Məhkəməsində hakim Həmid Həmidovun sədrliyi ilə "Bakı Soveti" metrostansiyasnının sabiq işçilərinin işi üzrə keçirilən məhkəmə iclasında yekun qərar çıxarılacaq. Bu barədə Trend ə hakim Həmid Həmidov məlumat verib.

Qeyd edək ki, iyun ayının 20-də Bakı metropoliteninin "Bakı Soveti" stansiyasında bir nəfərin ölümü, bir neçə nəfərinsə xəsarət alması ilə nəticələnən hadisə ilə əlaqədar metropoliten işçiləri Renat Nizaməddinov, Namiq Dadaşov və Elxan Əliyev həbs edilib. Avqust ayında təqsirləndirilən hər 3 şəxs Səbail rayon Məhkəməsinin hökmü ilə şərti cəzaya məhkum edilərək məhkəmə zalından azadlığa buraxılmışdı.

Zərərçəkənlərdən 7 nəfəri isə məhkəmənin qərarı ilə razılaşmayaraq təqsirləndirilənlərə qarşı Apellyasiya Məhkəməsində mülki iddia qaldıraraq dəymiş maddi zərərin ödənilməsini tələb edib.

Məhkəmə tərəflərə barışıq təklif etsə də mülki iddiaçılar zərərin ödənilməsini tələb edir. Hakimin sözlərinə görə, mülki cavabdeh tərəf hesab edilən təqsirləndirilən şəxslər tələb olunan maddi zərəri ödəməyə hazır olduqlarını bildiriblər.

Xəbər lenti

Xəbər lenti