...

Bir qrup hərbçinin məhkəməsinə hazırlıq iclası keçirilib

Cəmiyyət Materials 25 Noyabr 2005 15:24 (UTC +04:00)

Noybarın 25-də Ağır Cinayətlərə Dair İşlər Üzrə Azərbaycan Respublikasının Hərbi Məhkəməsində hakim Mehdi Əsədovun sədrliyi ilə bir qrup keçmiş hərbçinin məhkəməsinə hazırlıq iclası keçirilib. Bu barədə Trend ə hakim Mehdi Əsədov məlumat verib.

Müttəhimlər kürsüsündə Tovuz rayonundakı N saylı hərbi hissənin sabiq komandiri mayor Ceyhun Qasımov, qərargah rəisi polkovnik-leytenant Mübariz Feyzullayev, zabitlər Tərlan Eldarov Nəbi Nəsimov, gizirlər Pərviz Lətifov, Xəqani Daşdəmirov və əsgər Müşfiq Mustafayev əyləşib.

Təqsirləndilirən şəxslərdən 4-ü zamində, digərləri isə həbsdədir. Həbsdə olan Tərlan Eldarovla Ceyhun Qasımovun vəkilləri məhkəmə qarşısında vəsatət qaldıraraq onların da zaminə buraxılmasını xahiş ediblər. Lakin məhkəmə vəsatəti təmin etməyib.

Azərbaycan Respublikası Hərbi Prokurorluğunda aparılmış ibtidai istintaq yolu ilə müəyyən edilib ki, əsgər Müşfiq Mustafayev 8 aprel 2005-ci il tarixdə xidmətini davam etdirmək üçün Tovuzdakı N saylı hərbi hissəyə göndərilib. Hərbi hissədə qulluq edən yüksək rütbəli zabitlərlə razılığa gəlib ki, hər ay 200 ABŞ dolları ödəməklə ayğıla buraxılsın. Əsgər aprel ayından iyul ayına qədər poçt vasitəsiylə hərbi hissənin komandiri Ceyhun Qasımova ümumilikdə 1000 ABŞ dolları göndərib. Komandir isə həmin məbləği hazırda müttəhimlər kürsüsündə əyləşən digər zabitlər arasında bölüşdürüb.

Təqsirləndirilən şəxslər özlərini ittihamlar üzrə qismən təqsirli biliblər. Noyabrın 30-da məhkəmə iclası müttəhimlərin ifadələri ilə davam etdiriləcək.

Xəbər lenti

Xəbər lenti