...

Ekologiya nazirliyi EP-300 zavodunda baş vermiş yanğın səbəbindən ətraf mühitə mühüm ziyan dəyəcəyini gözləmir

Cəmiyyət Materials 25 Noyabr 2005 16:42 (UTC +04:00)

AR ekologiya və təbii sərvətlər nazirliyinin ekspertləri Azərkimya DŞ-nin tərkibinə daxil olan və noyabrın 23-də yanğın baş vermiş EP-300 zavodunun ərazisində monitorinq aparır. Nazirliyin ətraf mühitin mühafizəsi departamentində Trend ə bildirilib ki, monitorinqin yekunlarına əsasən ətraf mühitə dəymiş ziyanın həcmi müəyyən ediləcək.

"Zavodda baş vermiş yanğın 10 dəqiqə davam edib, buna görə də burada ətraf mühitə dəymiş böyük ziyanı təsdiq etmək olmaz. Amma monitorinqin yekunlarına əsasən atmosferə buraxılmış qazların tərkibi müəyyən ediləcək" -deyə departamentin nümayəndəsi bildirib. Departamentdə həm də qeyd olunub ki, monitorinqin nəticələri yaxın bir neçə gündə müəyyən ediləcək.

EP-300 zavodunda Trend ə bildirilib ki, müəssisədə baş vermiş yanğın faktlarının aşkar edilməsi üzrə yaradılmış xüsusi komissiyanın apardığı araşdırmaların nəticələri noyabrın 26-da səhər hazır olacaq. Komissiya qəza nəticəsində zavoda dəymiş ziyanın məbləğini müəyyən edəcək.

Xəbər lenti

Xəbər lenti