...

Litva və Qırğızıstan Ombudsmanlarının nümayəndələri Bakıya gələcək

Cəmiyyət Materials 25 Noyabr 2005 19:11 (UTC +04:00)

Litva və Qırğızıstan Ombudsmanlarının nümayəndələri Bakıya gələcək. Bu barədə Trend ə Azərbaycan Respublikası Ombudsman Aparatının mətbuat xidmətindən məlumat verilib.

Əldə edilmiş razılığa əsasən, Litva və Qırğızıstan Ombudsmanlarının nümayəndələri Bakıda İnsan Hüquqları üzrə Müvəkkilin Aparatındla təcrübə keçəcəklər. Onlar Azərbaycan Ombudsmanlarının iş təcrübəsini öyrənəcək, təsisatın çoxşaxəli fəaliyyəti ilə tanış olacaq, insan hüquqlarının qorunması sahəsində qarşılıqlı əməkdaşlığın perspektivlərini müzakirə edəcəklər.

Proqram Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili ilə Rusiya Federasiyası və onu subyektlərinin, habelə Ukrayna, Özbəkistan və Gürcüstan Ombudsmanları arasında insan hüquqlarının müdafiəsi sahəsində ikitərəfli əməkdaşlıq haqqında imzalanmış müqavilələrə əsasən həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti