...

Apellyasiya Məhkəməsi Rauf Arifoğlunun iddiasını təmin etmədi

Cəmiyyət Materials 26 Noyabr 2005 13:26 (UTC +04:00)

"Yeni Müsavat" qəzetinin baş redaktoru, "Azadlıq" qəzetinin 28 saylı Sabunçu üçüncü seçki dairəsindən deputatlığa namizədi Rauf Arifoğlunun noyabrın 26-da apellyasiya şikayətinə baxılıb. Trend in məlumatına görə, Apellyasiya Məhkəməsində hakim Salman Hüseynovun sədrliyi ilə məhkəmə iclası keçirilib. Hakim Rauf Arifoğlunun iddiasını əsassız hesab edərək təmin etməyib.

Qeyd edək ki, Rauf Arioğlu məhkəmədən 28 saylı Sabunçu seçki dairəsindən qanun pozuntularına yol verildiyini əsas gətirərək həmin dairə üzrə seçkinin nəticələrinin ləğv olunmasını tələb edib. Həmçinin, seçki günü bu dairədə qanunsuzluğa yol vermiş şəxslərin cinayət məsuliyyətinə cəlb olunması barədə qərar çıxarılması tələbini irəli sürüb.

Rauf Arifoğlu Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə şikayət verəcəyini deyib. O, bildirib ki, məhkəmənin qərarını noyabrın 27-də alacaq, noyabrın 28-də isə yuxarı instansiyaya şikayət verəcək.

Xəbər lenti

Xəbər lenti