...

Teymur Rəcəbov ilk partyiada qalib gəlib

Cəmiyyət Materials 28 Noyabr 2005 11:15 (UTC +04:00)

Xantı-Mansiysdə şahmat üzrə Dünya Kuboku start götürüb. Yarış nokaut-turnir xarakteri daşıyır. Belə ki, matçda məğlub olan idmançı Dünya Kubokunun sahibi olmaq uğrunda mübarizədən çıxarılır. Şahmatçıların dediyyi kimi, bu turnirdə rəngləri seçmək çox vacibdir: qara fiqurlarla uduzmaq olmaz, ağlarla isə udmağa cəhd etmək lazımdır. Əgər qara fiqurlarla qalib gələ bilsən, onda matçın taleyi iki partiyadan artıq həll olunur.

Trend in məlumatına görə, bunu etmək azərbaycanlı şaxmatçı Teymur Rəcəbova argentinalı Dieqo Floreslə oyunda müyəssər olub. 35-ci gedişdə o Teymura iki topunu uduzur. Teymur Rəcəbov 49-cu gedişdə parlaq zərbə ilə qələb çalır.

Digər azərbaycanlı qroyssmeyter Şəhriyar Məmmədyarov çox uğursuz oyun nümayiş etdirib. O, qazax şahmatçısı Nurlan İbrahimovla qara fiqurlarla endşpilə malik olur və beləliklə, partiyanı sakitcə heç-heçə başa vura bilərdi. Lakin Şəhriyarın xarakteri və əldə etdiyi uğurdan məmnunluq ona çox baha başa gəlir.

İlk matçın qalan partiyalarında Kubokun digər güclü iştirakçıları gözlənilən qələbəni əldə ediblər. Onların arasında gözloənilməz çıxışlar da var. Belə ki, FİDE versiyası üzrə keçmiş dünya çempionu R.Ponomaryovun misirliƏ.Əhmədlə, fransız J.Lotyenin az tanınmış rusiyalı idmançı A.Pridorojnı, eləcə də polyak M.Krasenkovun tacik F.Əmanətovla heç-heçə oyunlarını və amerikalı H.Nakamuranın hind şahmatçısı Suri Qanquliyə uduzmasını qeyd etmək olar.

Xəbər lenti

Xəbər lenti