...

Mətbuat Şurası son mitinqdə təzyiqlərlə üzləşən jurnalistlərin şikayətini hüquq-mühafizə orqanlarına verəcək

Cəmiyyət Materials 28 Noyabr 2005 13:01 (UTC +04:00)

Muxalifətin noyabrın 26-da keçirdiyi yürüş-mitinqdən sonra baş vermiş insidentlər zamanı bir çox jurnalist təzyiqlərlə üzləşib. Bu məlumatı Trend ə Mətbuat Şurasının sədri Əflatun Amaşov verib. O, bildirib ki, son mitinqində təzyiqə məruz qalan jurnalistlərin yarıdan çoxu aksiyaya jurnalistlərə paylanmış xüsusi geyimdə olmayıblar. Lakin 5 nəfər jurnalist isə xüsusi geyimdə olduğu halda təzyiqlərlə üzləşib: "Həmkarlarımızdan bir qisminə fiziki təzyiq göstərilib, digərilərilə kobud davranılıb. Bütün bunlar nəinki bizi, hüquq-mühafizə orqanlarını da çox ciddi narahat etməlidir. Necə olur ki, jurnalistlərə təzyiqlər göstərilməməsi ilə bağlı rəhbər dairələrin göstərişləri lazımınca yerinə yetirilmir. Mətbuat Şurası bütün hallarda peşə vəzifəsini yerinə yetirən hər hansı jurnalistə qarşı təzyiqlərin əleyhinədir"-deyə Ə.Amaşov vurğulayıb.

O, bildirib ki, Mətbuat Şurası təzyiqlərə məruz qalan jurnalistlərin müraciətləri ilə əlaqədar müvafiq sənədləri toplayıb hüquq-mühafizə orqanlarına təqdim edəcək. Onun sözlərinə görə, Mətbuat Şurası bu il keçirilmiş aksiyalarda jurnalistlərə qarşı olan təzyiq hallarının, bəzi insidentlərin sonadək araşdırılmasına nail ola bilmir: "Əsas maneələrdən biri isə təzyiqlərə məruz qalan həmkarlarımızın özündən irəli gəlir. Belə ki, bir çox hallarda onlar müvafiq sənədləri, izahatları bizə və aidiyyatlı orqanlara təqdim etməkdən yayınırlar. Bu da araşdırma aparmalı olan qurumlarda müəyyən biganəlik yaradır"-deyə Ə.Amaşov bildirib.

Xəbər lenti

Xəbər lenti