...

Azərbaycanın taekvando komandası MDB-nin Açıq çempionatında Ermənistanı məğlub edib

Cəmiyyət Materials 28 Noyabr 2005 14:06 (UTC +04:00)

Azərbaycanın taekvando komandası MDB, Baltik ölkələri və Şərqi Avropa ölkələrinin Moskvada başa çatmış Açıq çempionatında bürünc medal qazanıb. Milli Federasiyanın birinci vitse-prezidenti Füzuli Musayev Trend ə bildirib ki, tərkibində Elnur Amanov (58 kq), Fuad Nuriyev (68 kq), Rəşad Əhmədov (80 kq) və Ruslan İbrahimovun (+80 kq) olduğu kollektiv yarışlarda beş döyüş keçirib. İlk görüşdə Ələkbər İmaməliyevin yetirmələri Abxaziya komandasını, sonra Qazaxıstan, Almaniya və Litvadan olan rəqiblərini məğlub edərək yarımfinala çıxıb. Amma bu mərhələdə kollektiv meydan sahiblərinə hakimlərin qeyri-peşəkarlığı şəritində məğlub olub və bunun sayəsində finala məhz rusiyalılar çıxıb.

Eyni zamanda üçüncü yer uğrunda keçirilən görüşdə Azərbaycan taekvondoçuları Ermənistan üzərində qələbə çalıb və bürünc medal qazanıb.

Xəbər lenti

Xəbər lenti