...

Əfv fərmanı ərəfəsində işçi qrupunun görüşü keçiriləcək

Cəmiyyət Materials 28 Noyabr 2005 14:38 (UTC +04:00)

Azərbaycan Respublikası Prezidentinin Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə imzalayacağı əfv fərmanı ərəfəsində Dövlət orqanlarının nümayəndələrindən və hüquq müdafiəçilərindən ibarət işçi qrupunun növbəti iclası keçiriləcək. Bu barədə Trend ə işçi qrupun üzvü Çingiz Qəniyev məlumat verib.

"İşçi qrupunun rəhbəri Əli Hüseynova müraciət edərək bildirmişik ki, Prezidentin imzalayacağı əfv fərmanı ərəfəsində işçi qrupunun toplantısının keçirilməsi məqsədəuyğundur. Çünki bəzi siyasi dustaqlar var ki, onların adlarının əfv siyahısına daxil edilməsi üçün ümumi razılığa gəlmək lazımdır. İclas dekabr ayının ikinci ongünlüyünə planlaşdırılıb", - deyə Ç.Qəniyev bildirib.

Qeyd edək ki, seçkidən sonraya planlaşdırılan iclasda bir qədər əvvəl Avropa Şurasına təqdim olunmuş 107 və 43 nəfərdən ibarət iki siyahı üzrə müzakirələrin aparılması nəzərdə tutulub. Hazırkı vaxta qədər həmin siyahılar üzrə ümumilikdə 71 nəfər azadlığa buraxılıb. Sayca 4-cü dəfə keçiriləcək bu iclasda isə siyahı üzrə azadlığa buraxılmamış məhbusların taleyinin müzakirə olunacağı və bəzi dustaqların adlarının əfv siyahısına daxil edilməsi ətrafında müzakirələr aparılacağı gözlənilir.

Xəbər lenti

Xəbər lenti