...

Keçmiş OMON-çunun kassasiya şikayəti təmin edilməyib

Cəmiyyət Materials 28 Noyabr 2005 15:44 (UTC +04:00)

Noyabrın 28-də Azərbaycan Respublikası Ali Məhkəməsində hakim Ənvər Şadiyevin sədrliyi ilə keçmiş OMON-çu, ömürlük həbsdə olan Dəyanət Kərimovun kassasiya şikayətinə baxılıb. Bu barədə Trend ə hakim Ənvər Şadiyev məlumat verib.

Hazırda Qobustan Qapalı Həbsxanasında cəza çəkən D.Kərimov Ali Sovetin vitse-spikeri Afiyəddin Cəlilovun qətlində və bir sıra digər ağır cinayətlərdə təqsirləndirilərək ömürlük həbs cəzasına məhkum edilib.

Lakin sabiq OMON-çu Ali Məhkəməyə verdiyi kassasiya şikayətində vitse-spikerin qətlindən xəbərsiz olduğunu və həmin cinayəti təzyiqlər nəticəsində üzərinə götürdüyünü qeyd edib.

Lakin məhkəmə işin bütün hallarını araşdıraraq keçmiş OMON-çu barədə çıxarılmış bütün məhkəmə hökmlərinin qüvvəsində saxlanılmasına dair qərar çıxarıb.

Məhkumun vəkili isə bildirib ki, Ali Məhkəmənin qərarını əldə etdikdən sonra Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət etmək üçün müvafiq sənədlər toplayacaq.

Xəbər lenti

Xəbər lenti