...

Apellyasiya Məhkəməsi Mehriban Vəzirin şikayətini təmin etmədi

Cəmiyyət Materials 28 Noyabr 2005 16:47 (UTC +04:00)

Apellyasiya Məhkəməsi "Azadlıq" blokunun 12 saylı Qaradağ-Binqədi-Yasamal seçki dairəsindən deputatlığa namizədi Mehriban Vəzirin şikayətini təmin etməyib. Bu barədə Trend ə Mehriban Vərizin seçki qərargahından məlumat verilib.

O, Mərkəzi Seçki Komissiyasının (MSK) hərəkətsizliyindən və dairə seçki komissiyasında qanun pozuntuları ilə bağlı şikayət vermişdi. Məhkəmə tərkibi şikayətləri dinlədikdən sonra, hakim Maisə Hüseynova bildirib ki, təqdim olunan sənədlər əsli və ya notariat qaydada təsdiqlənmiş protokol olmadığından və şahidlərin ifadəsi əsas sübut sayılmadığından, iddia təmin olunmur.

Mehriban Vəzir Apellyasiya Məhkəməsinin qərarından Ali Məhkəməyə kasasiya şikayəti verəcəyini deyib.

Xəbər lenti

Xəbər lenti