...

ABŞ komandası ilə qarşıdakı görüşdə boks üzrə Azərbaycan yığmasının tərkibi müəyyən edilib

Cəmiyyət Materials 28 Noyabr 2005 17:45 (UTC +04:00)

Dekabrın 4-də Çikaqoda keçiriləcək ABŞ komandası ilə görüşdə boks üzrə Azərbaycan yığmasının tərkibi müəyyən edilib.

Yığmanın baş məşqçisi Məmməd Eyvazovun Trend ə verdiyi məlumata görə, yığmaya Ceyhun Əbiyev (48 kq), Samir Məmmədov (51 kq), Elşən İsmayılov (54 kq), Şahin İmranov (57 kq), Romal Amanov (60 kq), Emil Məhərrəmov (64 kq), Ruslan Xairov (69 kq), Cavid Tağıyev (75 kq), Anar Mirzəyev (81 kq), Elçin Əlizadə (91 kq) və Vüqar Ələkbərov (+91 kq) daxildir. M.Eyvazovun sözlərinə görə, onu yalnız dünya birinciliyində E.Əlizadənin əlindən aldığı zədə narahat edir.

Qeyd edək ki, qarşıdakı görüş yığma üçün sayca ikinci olacaq. Bakıda keçirilmiş birinci görüş ev sahiblərinin qələbəsilə başa çatmışdı.

Xəbər lenti

Xəbər lenti