...

"Turan" futbol klubu da məşqçisiz qalıb

Cəmiyyət Materials 28 Noyabr 2005 20:38 (UTC +04:00)

"Turan" futbol klubu komandanı tərk etmək qərarına gəlmiş baş məşqçi Naci Şensoysuz qalıb.

Trend in xəbər verdiyi kimi, bu hadisə Milli Çempionatın 10-cu turunda Bakı üzərində 1:0 hesablı qələbə ilə nəticələnmiş matç zamanı baş verib. Məşqçi gedişinin səbəbini açıqlamayıb. O, eyni zamanda yetirmələrinə ölkə birinciliyində qələbə qazanmağı arzu edib.

Xatırladaq ki, türkiyəli mütəxəssis "Turan"a ötən mövsümdən rəhbərlik edərək komanda ilə məhsuldar işləyib. Mövsümlərarası oyunlarda kollektiv Türkiyədə keçirilmiş turnirdə ikinci yeri tutaraq çempionatın startında liderliyi əldə edib. Hazırda komanda turnir cədvəlində 5-ci yerdədir.

Xəbər lenti

Xəbər lenti