...

Azərbaycan Avropa kubokunda iki həndbol klubu ilə təmsil olunacaq

Cəmiyyət Materials 29 Noyabr 2005 12:38 (UTC +04:00)

Azərbaycan yeni mövsümün Avropa kuboku oyunlarında iki həndbol klubu ilə təmsil olunacaq.

Trend bildirir ki, Avropa Federasiyası qarşıdakı beynəlxalq turnirlərdəöz iştirakını təsdiqləmiş komandaların tam siyahısını dərc edib. Bunların arasında Bakının Kuboklar Kubokunun sahibi oyunlarında öz qüvvəsini sınayacaq kişilərdən ibarət "Dinamo" və "Challenge Cup" turnirinə hazırlaşan qadınlardan ibarət ABU klubu da vardır. Artıq məlumdur ki, ABU öz çıxışını üçüncü təsnifat mərhələsindən başlayacaq. Bu vaxt isə dinamoçular artıq birinci mərhələdə starta çıxmalı olacaq. Belə bir vəziyyət kollektivin aşağı reytinqi i lə şərtləndirilir. Halbuki Rəfiqə Şabanovanın yetirmələri artıq beynəlxalq səviyyədə dəfələrlə çıxışlar edib və Avropa kubokunun birinci mərhələsini keçib.

Xəbər lenti

Xəbər lenti