...

AFFA Azərbaycan yığmasının yeni baş məşqçisinin adını açıqlamağa hazırlaşır

Cəmiyyət Materials 29 Noyabr 2005 15:16 (UTC +04:00)

AFFA saat 14.00-da başlayacaq özünün İcraiyyə Komitəsinin iclasında Azərbaycan yığmasının yeni baş məşqçisinin adını elan edəcək.

Trend in məlumatına görə, Assossiasiyanın rəhbərliyi yalnız yerli yetirmələrin namizədliyini müzakirə edir. Məşhür braziliyalı Karlos Alberto Torresin şəxsində xarici mütəxəssislərin dəvət olunması təcrübəsi nəzərə alınarsa, bu dəvət uğur gətirmədi və komanda 2006-cı il dünya çempionatının seçmə turnirində açıq-aşkar zəif çıxış etdi. Kollektivə bundan sonra "Gəncə" komandası ilə kifayət qədər məhsuldar işləyən Şahin Diniyevin rəhbərlik etməsi tamamilə mümkündür.

Xatırladaq ki, AFFA Torresi müvəqqəti əvəz edən Vaqif Sadıqovun namizədliyini irəli sürsə də, o, bundan imtina edib.

Xəbər lenti

Xəbər lenti