...

Çingiz Qəniyev Mərkəzi Seçki Komissiyasının və Baş Prokurorluğun rəsmi cavabını gözləyir

Cəmiyyət Materials 29 Noyabr 2005 16:41 (UTC +04:00)

90 saylı Ağdaş Seçki Dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Çingiz Qəniyev Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının (MSK) və Baş Prokurorluğun apardığı araşdırmaların nəticəsini gözləyir. Bu barədə Trend ə Çingiz Qəniyev məlumat verib.

"90 saylı Ağdaş Seçki Dairəsindən MSK-ya daxil olmuş şikayətlər araşdırılmaq üçün 20 noyabr 2005-ci il tarixdə MSK-nın 49/229 saylı qərarı ilə Baş Prokurorluğa göndərilib. Baş Prokurorluğun əməkdaşları Ağdaş rayonunda mənim şikayətlərim əsasında apardıqları 3 günlük yoxlamaları bu gün başa çatdırıblar. MSK-nın və Baş Prokurorluğun rəsmi cavabını gözləyirəm. Əgər Prokurorluğun apardığı araşdırmaların nəticəsi məni qane etməsə, hüquqlarımın bərpası ilə əlaqədar məhkəməyə müraciət edəcəm", - deyə Ç.Qəniyev söyləyib.

Parlament seçkisində yüksək səs topladığını iddia edən Çingiz Qəniyev onu da bildirib ki, əgər yerli məhkəmələr tərəfindən hüquqları bərpa edilməsə, Avropa Məhkəməsinə müraciət edəcək.

Xəbər lenti

Xəbər lenti