...

"Lotu Quli"nin və digər 6 məhkumun apellyaisya şikayətinə baxılacaq

Cəmiyyət Materials 29 Noyabr 2005 17:18 (UTC +04:00)

Dekabr ayının ilk ongünlüyündə Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsində hakim Mirpaşa Hüseynovun sədrliyi ilə "Lotu Quli" ləqəbli Nadir Səlifovun və digər 6 nəfərin apellyasiya şikayətinə baxılacaq. Bu barədə Trend ə hakim Mirpaşa Hüseynov məlumat verib.

Qeyd edək ki, bir sıra cinayət əməllərində təqsirləndirilən Nadir Səlifov, 23 saylı polis idarəsinin keçmiş rəisi Müşfiq Mədətov, boks üzrə dünya çempionu Fariz Məmmədov və digərləri cari ilin sentyabr ayında Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü ilə müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər. Lakin qapalı keçirilən məhkəmənin qərarından narazı qalan məhkumlar apellyasiya instansiyasına müraciət ediblər.

Apellyasiya Məhkəməsində məhkəmə iclasının qapalı keçirilib-keçirilməməsi hələlik məlum deyil.

Xəbər lenti

Xəbər lenti