...

Konstitusiya Məhkəməsi Sərdar Cəlaloğlunun şikayətinə cavab vermir

Cəmiyyət Materials 29 Noyabr 2005 18:00 (UTC +04:00)

Azərbaycan Demokrat Partiyası (ADP) sədrinin birinci müavini, "Azadlıq" blokunun 9 saylı Binəqədi ikinci seçki dairəsindən namizədi Sərdar Cəlaloğlunun Ali Məhkəmənin qərarından Konstitusiya Məhkəməsinə təqdim etdiyi şikayətə cavab verilmir. Bu barədə Trend ə S.Cəlaloğlunun vəkili Qurban Məmmədov məlumat verib.

O, bildirib ki, noyabrın 21-də Konstitusiya Məhkəməsinə şikayəti təqdim etməsinə baxmayaraq bu instansiyadan hələ heç bir xəbər yoxdur. Qurban Məmmədov deyib ki, Konstitusiya Məhkəməsi seçkinin nəticələri barədə Mərkəzi Seçki Komissiyasının təqdim etdiyi yekun protokollara dair 10 gün ərzində qərar çıxarmalıdır. İstisna hallarda Konstitusiya Məhkəməsinin bu müddəti uzatmaq hüququ var. Qurban Məmmədov bildirib ki, o, Konstitusiya Məhkəməsinin parlament seçkilərinin yekunlarına dair qərar çıxarmasını gözləyəcək. Əgər həmin vaxta qədər Konstitusiya Məhkəməsi Sərdar Cəlaloğlunun şikayətinə baxmasa və yaxud iddiasını təmin etməsə, bundan sonra Avropa Məhkəməsinə müraciət edəcək.

Qeyd edək ki, Qurban Məmmədov şikayət ərizəsində Mərkəzi Seçki Komissiyasının (MSK) 9 saylı Binəqədi ikinci seçki dairəsinin nəticələrini ləğv etməsi barədə qərarının qüvvədən salınmasını və həmin dairədə Sərdar Cəlaloğlunun qalib elan olunmasını tələb edir.

Xəbər lenti

Xəbər lenti