...

Azərbaycan bodibilderləri dünya çempionatının finalına çıxıb

Cəmiyyət Materials 30 Noyabr 2005 11:40 (UTC +04:00)

Azərbaycan bodibilderləri Məhəmməd Paşayi və Rüstəm Ağayev Şanxayada başa çatmış dünya çempionatının yarımfinalçıları sırasına daxil olub.

Milli Federasiyanın rəhbəri Rauf Bünyadəliyevin Trend ə verdiyi məlumata görə, atletlər 85 kq dərəcəsində əla forma nümayiş etdirsələr də, hakimlərin qərarı onların xeyrinə olmayıb. "Rüstəm əzələ kütləsinin həcmi və keyfiyyətinə görə bir çox rəqiblərindən üstün olsa da, o, ilk beşliyə düşməyib", - deyə R.Bünyadəliyev qeyd edib.

Yarışın nəticələrinə görə, R.Ağayev 11-ci, M.Paşayi isə yekun protokolunda 9-cu yerdə qərarlaşıb.

Xəbər lenti

Xəbər lenti