...

Azərbaycan Xəzər dənizinin ekoloji sisteminin çoxtərəfli tədqiqatları üzrə kofnransda iştirak edəcək

Cəmiyyət Materials 30 Noyabr 2005 15:46 (UTC +04:00)

Noyabrın 30-da İstanbulda NATO çərçivəsində Xəzər dənizinin ekoloji sistemlərinin çoxtərəfli tədqiqatları üzrə 3 günlük beynəlxalq konfrans öz işinə başlayıb. Bu barədə Trend ə Ekologiya və Təbii ehtiyatlar Nazirliyindən məlumat verilib.

Tədbirdə Xəzəryanı ölkələrin ekologiya idarələrinin nümayəndələri iştirak edir. Bu tədbirdə Azərbaycanı Ekologiya və Təbii ehtiyatlar Nazirliyi yanında dəniz hidrometeorologiyası Mərkəzinin rəhbəri Əmir Tağıyev və Azərbaycan Milli Elmlər Akademiyasının alimləri təmsil edir.

Konfransda dənizin ekoloji siseminin, flora və faunasının, bioloji resursların mühafizəsi və s. üzrə tədqiqatların yekunları müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti